Bakı, AzerVoice
Kanadanın Monreal şəhərində məscidə edilən bıçaqlı hücum zamanı cinayətkarı zərərsizləşdirməyə çalışan 3 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, polis rəsmiləri tərəfindən 24 yaşlı şübhəlinin polis gələnə qədər məscid camaatı tərəfindən nəzarətdə saxladığı bildirilib.
Dindirilən şübhəlinin bu gün hakim qarşısına çıxacağı gözlənilir.
Təhlükəsizlik orqanları cümə namazı zamanı baş verən hücumda yaralananlardan birinin xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd olunub ki, yaralananların hər üçü hücumçunu yaxalayarkən yüngül bıçaq xəsarətləri alıb.
Kanadanın ən böyük müsəlman insan haqları təşkilatı olan Kanada Müsəlmanları Milli Şurası (NCCM) sosial media platforması X üzərindən verdiyi açıqlamada, məsələdən xəbərdar olduqlarını bildiriblər.
Həmçinin hadisə ilə bağlı daha ətraflı məlumat veriləcəyi bildirilib.