Bakı, AzerPress:
Türkiyədə 6 fevral tarixində baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycana göstərdiyi kömək və dəstəyə görə təşəkkür etmək məqsədilə Kahramanmaraşda ümumi uzunluğu 197 kilometr olan Azərbaycan məhəlləsi tikilir.
AzerPress xəbər verir ki, bu barədə Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngör açıqlama verib.
Məlumata əsasən, 320 dekar sahədə salınacaq məhəllənin 100 milyon dollarını Azərbaycan ödəyib.
Zəlzələdən əvvəl ərazidə 1306 yaşayış yeri və 776 iş yeri olduğu halda, layihə çərçivəsində 1323 yaşayış yeri və 799 iş yeri olmaqla cəmi 2 min 122 müstəqil bölmə mövcuddur. Azərbaycan məhəlləsində yaşayış və iş yerləri ilə yanaşı məktəblər, məscidlər və sosial sahələr də yerləşəcək binaların tikintisindən əvvəl zəmin bərkitmə işləri aparılır.
Qeyd edək ki, aprelin 29-da Azərbaycanın Türkiyənin Kahramanmaraş vilayətində tikəcəyi 1000 evlik məhəllənin tikintisinin təməli qoyulub.