Əsas səhifə » İyulda Türkiyənin Azərbaycana xalça ixracı iki dəfədən çox artıb (ÖZƏL)

İyulda Türkiyənin Azərbaycana xalça ixracı iki dəfədən çox artıb (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Azərbaycana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz azalaraq, 4,1 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Azərbaycana 890 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 113,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 1 milyard 605 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 230 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice