Bakı, AzerVoice
2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 faiz azalaraq, 13,9 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə Türkmənistana 2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 52,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 20 milyard 818 milyon dolları ötüb.
“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyard 123,5 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 35 milyard 778,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.