Bakı,AzerPress
İstanbul dünyanın ən qədim şəhərlərindən biridir. Türkiyənin ən böyük şəhəridir İtanbul ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindəndir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul turistlərin daha çox ziyarət etdiyi şəhərlərdəndir.
AzerPress oxuculara İstanbul haqqında maraqlı faktları təqdim edir:
1) İstanbul e.ə 667-ci ildə qurulmuşdur.
2) İstanbul müxtəlif dövrlərdə dörd fərqli imperiyanın paytaxtı olub.
3) Dünyada həm Asiyada, həm də Avropada yerləşən yeganə şəhərdir.
4) İstanbul əhalisinin sayına görə Moskvanı bir qədər qabaqlayır və onu Avropanın ən sıx məskunlaşdığı şəhərdir.
5) Şəhər yarananda Bizans adlanırdı. İndi qədim Bizans İstanbulun rayonlarından biridir.
6) Türklər tərəfindən fəth edildikdən sonra Konstantinopol İstanbul adlandırıldı və Osmanlı Dövlətinin yeni paytaxtı elan edildi.
7) İstanbul hər il qeydə alınan nikahların sayına görə dünyada ikinci yerdədir.
8) Buradakı küçə yeməkləri Taylandın hər yerində olduğu kimi münasibdi və sözün əsl mənasında hər küncdə satılır.
9) İstanbulda 500-dən çox türk hamamı var. Onlardakı temperatur adətən 40-50 dərəcə arasında saxlanılır.
10) İstanbul Kapalıçarşı dünyanın ən böyük qapalı bazarıdır.
11) Müasir İstanbul ərazisində insanlar 8,5 min ildən əvvəl yaşayırdılar.
12) Hər il buraya çoxlu sayda turist gəlir. Təkcə İstanbulun əsas görməli yerləri Türkiyənin dövlət xəzinəsinə hər il 30 milyon dollardan çox gəlir gətirir.
13) İstanbul Topkapı Sarayının otaqları və salonları 700.000 kvadratmetr sahəni əhatə edir.
14) Şərqdə məşhur olan İstanbulun əsas bazarı təxminən 66 küçədə yerləşir. Bazarda 4000 mağaza və satış məntəqəsi var.
15) Bu şəhər tarixi boyu 10 Roma imperatoru, 30 Osmanlı sultanı və 80-dən çox Bizans hökmdarı tərəfindən idarə edilmişdir.
16) Türkiyə əhalisinin əksəriyyəti İstanbulda yaşayır.
17) İstanbulda dünyanın digər şəhərlərindən daha çox ictimai tualet var.
18) Burada yerləşən Bolqarıstan Müqəddəs Stefan kilsəsi dünyada tamamilə dəmirdən hazırlanmış yeganə kilsədir.
19) Ötən əsrin əvvəllərində İstanbul sakinlərinin təxminən yarısı xristian idisə, indi yerli əhalininəksəriyyəti müsəlmandır. Bununla belə, müxtəlif dünya dinlərinə və inanclarına mənsub olan çoxsaylı məbədlər var.
20) İstanbulun 20-dən çox rayonu tam olaraq dünya mədəni və tarixi irsi kimi tanınır.
21) İstanbulun hər yerində qarşısında qablar olan, sahibsiz pişiklər üçün nəzərdə tutulan kiçik evlər görmək olar.
22) İstanbulun Avropa və Asiya tərəflərini birləşdirən çoxlu bərə var
23) Şəhəri və ümumilikdə qitələri bir-birindən ayıran boğazın altında dünyanın ən dərin yeraltı qatar tuneli salınıb. Bu xəttin adı “Marmaray”dır və tikintisi təxminən doqquz il çəkib.
24) İstanbulun Miniatürk Parkında siz eyni vaxtda bütün türk mənzərələrinin kiçildilmiş, lakin çox dəqiq surətlərinə baxa bilərsiniz.
25) Avropanın ən böyük akvariumu məhz İstanbulda yerləşir.
Mehriban Xəlilli
@MXalilbekova