Əsas səhifə » İsrailin Rəfaha etdiyi hücumda 11 nəfər ölüb

İsrailin Rəfaha etdiyi hücumda 11 nəfər ölüb

Yamin Savalanli

Bakı, VOA

İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərində dinc sakinləri hədəf alması nəticəsində 11 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.

VOA xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusuna aid döyüş təyyarələri Rəfah şəhərinin şərqində yerləşən Səlahəddin küçəsində mülki əhalinin olduğu nöqtəni bombalayıb.

Səhiyyə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

banner

Bildirilib ki, yaralılar Qəzzanın Xan Yunus şəhərindəki Avropa Xəstəxanasına aparılıb.

Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını tələb etmişdi. Bir gün sonra isə səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice