Əsas səhifə » İsrailin Qəzzaya hücumları “qırğın” hadisəsidir – Borrell

İsrailin Qəzzaya hücumları “qırğın” hadisəsidir – Borrell

Aytac Suleymanova

Bakı. AzerPress:

İsrailin Qəzzaya hücumları “qırğın” olaraq səciyyələndirilir.

AzerPress-in məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“İsrailin Qəzzaya hücumları “qırğın” hadisəsidir. Nə qədər qurban var, heç kim bilmir. Deyilənə görə, 15 mindir, amma xarabalıqlar altında bəlkə daha çoxdur. Beynəlxalq ictimaiyyət baş verənlərə səssiz qalmamalıdır, bu dəhşətə tezliklə son qoyulmalıdır. Antisemitizm olmadan da İsraili tənqid etmək mümkündür və iki dövlətli həll yaradılmalıdır. İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalara və fələstinlilərə qarşı zorakılığa son verilməlidir”,- deyə o bildirib.

banner

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice