ABŞ-ın vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp çərşənbə axşamı axşam ABC telekanalında Filadelfiyada televiziya debatının başlanğıcında əl sıxıblar.
Televiziya debatının əvvəlində Tramp hesab edirdi ki, vitse-prezidentin iqtisadi proqramı yoxdur və onun etdiyi tək şey prezident Co Baydenin proqramını kopyalamaqdır.
“Harrisin “planı yoxdur. O, Baydenin planını kopyalayıb”-deyə Tramp debatında davamlı olaraq deyirdi.
Eyni zamanda Tramp televiziya debatı zamanı vitse-prezidenti “marksist” olmaqda ittiham edib. “O, marksistdir və hər kəs onun marksist olduğunu bilir” – deyə Tramp xüüsusi olaraq vurğulayıb.
Harris, öz növbəsində, keçmiş Respublikaçı prezidentə qarşı ittiamlar irəli sürüb.
“Tramp mitinqləri zamanı Hannibal Lekter kimi uydurma personajlardan danışər. Onun külək dəyirmanlarının xərçəngə səbəb olmasını deməsini eşitsəniz təəccüblənməyin. Əgər fikir versəniz insanlr mitinqlaəri zamanı onun çıxışına qulaq asmır”-deyə Kamal bildirib.
Öz növbəsində Tramp hesab edirdi ki, vitse-prezident Kamala ABŞ prezidenti olarsa, “İsrail yox olacaq”. Onun sözlərinə görə, Harris “İsrailə nifrət edir. Əgər o, prezident olarsa, mən inanıram ki, İsrail iki il ərzində mövcud olmayacaq…”
Tramp qeyd edib ki , o ömrü boyu İbrani dövlətini dəstəkləyib.