Əsas səhifə » İsrail Təhlükəsizlik Kabineti Təl-Əvivdə iclas keçirib

İsrail Təhlükəsizlik Kabineti Təl-Əvivdə iclas keçirib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

İsrail Təhlükəsizlik Kabineti paytaxt Təl-Əvivdə Baş Qərargahın “çuxur” adlandırılan yeraltı komandanlıq otağında toplaşıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin yerli mətbuat orqanları paylaşım edib.

Yerli mətbuat, Təhlükəsizlik Kabinetinin İran və Hizbullah ilə davam edən gərginliyin kölgəsində görüşdüyünü bildirib.

banner

Kanal 12 televiziyası İsrail ordusunun Hizbullaha qarşı qabaqlayıcı zərbə endirmək üçün Təhlükəsizlik Kabinetindən əmr alma ehtimalına hazırlaşdığını iddia edib.

Kanal 13 televiziyası Tel-Əvivin son qiymətləndirmələrinin Fuad Şükürün öldürüldüyü hücuma cavab olaraq Hizbullahın yüksək səviyyəli İsrail rəsmisini hədəf almağa çalışacağı olduğunu iddia edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice