Əsas səhifə » İsrail Suriyada Hizbullah liderinin keçmiş cangüdənini öldürüb

İsrail Suriyada Hizbullah liderinin keçmiş cangüdənini öldürüb

Azer Voice

Bakı,bAzerVoice

Çərşənbə axşamı İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində Livan silahlı qruplaşması Hizbullahın liderinin keçmiş cangüdəni həlak olub. Hizbullahın İsrailə endirdiyi cavab zərbəsi nəticəsində isə bir israilli kişi və qadın ölüb.

Suriyanın hökumətyönlü “Şam FM” radiosunun məlumatına görə, İsrail pilotsuz təyyarəsi Suriyada Livanla sərhəddə avtomobili vurub.

Britaniyada yerləşən müxalifətyönlü müharibə monitorinqi Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, avtomobildə olan iki Hizbullah üzvü hücum nəticəsində həlak olub, suriyalı sürücü isə ağır yaralanıb. Məsələ ilə bağlı Suriya rəsmilərindən və İsrail hərbçilərindən şərh verilməyib.

Hizbullah daha sonra yaraqlının Yaser Nemr Qranbiş olduğunu müəyyən edib. Hizbullah tərəfdarları sosial şəbəkələrdə onun öldürülməsinə etiraz ediblər və onu Hizbullah lideri Həsən Nəsrullahın “qalxanı” adlandırıblar.

Hizbullah isə bu cinayətə cavab olaraq çərşənbə axşamı Colan təpələrində İsrail hərbi bazasını hədəf alıb. İsrail polisi açıqlamasında bildirib ki, raket zərbələri nəticəsində bir kişi və bir qadın həlak olub. MADA xilasetmə xidməti onların mülki şəxslər olduğunu bildirib.

Qeyd edək ki, Qranbiş son illərdə əsasən Suriyada fəallıq göstərib və Hizbullah üçün silah daşınması ilə məşğul olurdu.

Digər Kateqoriyalar

2023 © AzerVoice