Əsas səhifə » İsrail qüvvələri Qüdsdə bir ailəni qətlə yetirib

İsrail qüvvələri Qüdsdə bir ailəni qətlə yetirib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

İsrail qüvvələri Qüdsdə biri uşaq olmaqla üç nəfəri öldürüb.

AzerPress-in məlumatına görə, bu barədə Fələstinin rəsmi xəbər agentliyi olan WAFA bildirib.

Hadisə İsrail qüvvələrinin işğal altındakı Qüdsün şimal-qərbində hərbi nəzarət məntəqəsində baş verib.

banner

İsrail əsgərləri keçid məntəqəsindən keçən iki avtomobili “əzməyə cəhd etdiklərini” iddia edərək atəş açıb.

İsrail qüvvələrinin insanların qəsəbəyə girib-çıxmasına icazə verməyərək, keçid məntəqəsini bütün keçidlərə bağladığı, həmçinin yaralıların daşınması üçün bölgəyə gələn təcili yardım maşınlarının qarşısını kəsdiyi bildirilib.

Son hadisə ilə bu gün İordan çayının qərb sahilində və Qüdsdə öldürülən fələstinlilərin sayı 11-ə yüksəlib.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumları nəticəsində 337 fələstinli həyatını itirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice