Bakı. AzerPress:
İsrail Qəzzada yerləşən xəstəxananı hədəf alıb.
AzerPress-in məlumatına görə, İsrail döyüş təyyarələri blokada altındakı Qəzza zolağının şimalında İndoneziya Xəstəxanası ərazisini hədəf alan şiddətli hücumlar həyata keçirib.
Qeyd olunub ki, İndoneziya xəstəxanası ətrafındakı Şeyx Zayed iqamətgahlar da bombalanıb..
Hücumlarda Şeyx Zayed Residences-də iki mənzil tamamilə dağılsa da, ölən və yaralananlarla bağlı məlumat əldə etmək mümkün olmayıb.
Digər tərəfdən, İsrail döyüş təyyarələri Əl-Alemi bölgəsi və Cibaliye Qaçqınlar Düşərgəsində fələstinlilərə aid çox sayda evi bombalayıb. Hücumlarda üç nəfər ölüb, 16-dan çox adam yaralanıb.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.
Hafiz Rufizoğlu