Əsas səhifə » İsrail Qəzzada BMT-nin məktəbini bombalayıb

İsrail Qəzzada BMT-nin məktəbini bombalayıb

Aytac Suleymanova

Bakı. AzerPress:

İsrail Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbini bombalayıb.

AzerPress-in məlumatına görə, İsrail, Qəzzanın cənubunda çox sayda insanın sığındığı Xan Yunus şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) tərkibindəki Muin məktəbini bombalayıb.

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice