21
Bakı, AzerVoice
İsrail ordusu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) aid məktəbə hücumda, aralarında uşaqların da olduğu 18 nəfər ölüb, 18 nəfər yaralanıb.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada qeyd edilib.
Hücumda uşaqlar və UNRWA əməkdaşları da daxil olmaqla 18 nəfərin həyatını itirdiyi bildirilib.
İsrailin Qəzzada müharibənin başladığı 7 oktyabrdan bəri Nusayrat Qaçqınlar Düşərgəsindəki 18-dən çox məktəb və yaşayış məntəqəsini bombaladığı qeyd edilib.
Hafiz Rufizoğlu