Əsas səhifə » İsrail İordan çayının qərb sahilindəki Tulkərəmdə reydlər keçirir

İsrail İordan çayının qərb sahilindəki Tulkərəmdə reydlər keçirir

Orkhan Qadirzade

Bakı, AzerVoice

İsrail İordan çayının qərb sahilində yerləşən Tulkərəm şəhərində reydlər keçirir.

AzerVoice xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi olan WAFA məlumat yayıb.

Məlumatda reydlər zamanı bölgəyə ağır texnikaların cəlb edildiyi bildirilib.

banner

Sözügedən bölgədə infrastruktur İsrail əsgərləri tərəfindən dağıdılıb, Tulkərəm Qaçqınlar Düşərgəsində rabitə və internet xətləri kəsilib.

Xəbərdə həmçinin, İsrail əsgərlərinə qarşı müqavimət göstərən fələstinli gənclərə həqiqi güllələrdən atəş açıldığı deyilib.

İordan çayının qərb sahilindəki Nablus şəhərindəki Balata Qaçqınlar Düşərgəsinə də basqın edildiyi, düşərgədəki fələstinli gənclərlə İsrail əsgərləri arasında insidentlərin yaşandığı bildirilir.

İsrailin bölgəyə etdiyi son hücumlar 2002-ci ildəki İkinci İntifadadan bəri ən intensiv hücumlar olaraq qeydə alınıb.

Fələstin Səhiyyə Nazirliyinin 28 avqust tarixinə olan məlumatına görə, Cenində 21-i uşaq və qoca olmaqla 39 fələstinli öldürülüb. Tubasda 8, Tulkərəmdə 7, Hebronda 3 fələstinli həyatını itirib, 145 nəfər yaralanıb.

İsrail ordusu İordan çayının qərb sahilində 10 gündür davam edən dağıdıcı hücumlarından sonra bu gün səhər saatlarından etibarən bölgədən geri çəkilib.

Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri və İsrail vətəndaşları tərəfindən edilən hücumlar nəticəsində 692 fələstinli həyatını itirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice