Əsas səhifə » İsrail hökuməti Qəzzada qəsdən soyqırım törədir-İsrailli deputat

İsrail hökuməti Qəzzada qəsdən soyqırım törədir-İsrailli deputat

Yamin Savalanli

Bakı.AzerVoice

İsrail parlamentində müxalif partiyadan olan millət vəkili Ofer Cassif, İsrail hökumətinin Qəzza zolağında “qəsdən soyqırım” törətdiyini deyib.
AzerVoice xəbər verir ki, Cassif sosial media hesabından etdiyi açıqlamada Qəzzada 3 gün əvvəl doğulan əkiz körpələrin və ananın İsrailin hücumunda öldürülməsinə öz münasibətini bildirib.

Əkiz körpələrin və onların analarının öldürüldüyü hücumla bağlı paylaşımı sitat gətirən Cassif, “İsrail hökuməti Qəzzada qəsdən soyqırım törədir” deyə qeyd edib.

Qeyd edək ki, İsrail ordusunun Qəzzada yerləşən Deyr əl-Belahda həyata keçirdiyi hücumda ana Cumane Arife və 3 gün əvvəl dünyaya gələn əkiz körpələr həyatını itirmişdi.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice