Əsas səhifə » İsrail fələstinlilərin çadırlarının yerləşdiyi ərazini bombalayıb

İsrail fələstinlilərin çadırlarının yerləşdiyi ərazini bombalayıb

Hafiz Rufizoglu

Bakı, VOA

Israil ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Məvasi bölgəsində məcburi köçkün fələstinlilərin çadırlarının yerləşdiyi ərazini bombalayıb.

VOA xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Fələstinlilərin çadırlarının hədəf alındığı hücumda ilkin təsbitlərə görə 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilib.

Hadisə şahidləri İsrail ordusunun tanklarının Mevasi bölgəsində fələstinlilərin çadırlarının yerləşdiyi əraziləri bombaladığını və çadırlarda yanğının başladığını bildiriblər.

banner

Xatırladaq ki, İsrail ordusu mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice