Əsas səhifə » İsrail atəşkəs razılaşmasının qarşısını almaq üçün yalanlar yayır

İsrail atəşkəs razılaşmasının qarşısını almaq üçün yalanlar yayır

Hafiz Rufizoglu

Bakı, AzerVoice

İsrail Qəzzada atəşkəs razılaşmasının qarşısını almaq üçün yalanlar yayır.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdulati Qahirədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ilə görüşündən sonra birgə mətbuat konfransında deyib.

Abdulati Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üçün hər dəfə fürsət yarananda daha da gərginliyə səbəb olan “təxribatçı siyasətlərlə üzləşdiklərinə” diqqət çəkib.

banner

“İsrail Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının qarşısını almaq üçün yalanlar yaymaqla müxalifətin diqqətini yayındırır. İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə Misir arasındakı Filadelfi dəhlizində qalmaqda israrına bəraət qazandıraraq, HƏMAS Hərəkatının silahlandırılmasının Misir sərhədi üzərində baş verdiyini bildirib.” – deyə Abdulati qeyd edib.

Misir Xarici İşlər Nazirliyi açıqlama verərək, İsrail rəsmilərinin Filadelfi dəhlizi ilə bağlı bütün iddialarını rədd etdiklərini bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice