Əsas səhifə » İsrail əsgərlərinin məscidlərə girərək təxribat törətməsini şiddətlə qınayırıq – Türkiyə XİN

İsrail əsgərlərinin məscidlərə girərək təxribat törətməsini şiddətlə qınayırıq – Türkiyə XİN

Hafiz Rufizoglu

Bakı. AzerPress:

İsrail əsgərlərinin məscidlərə girərək təxribat törətməsini şiddətlə qınayırıq.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

“Cenin Qaçqınlar Düşərgəsinə basqın edən və oradakı məscidə girərək ibadət yerinin müqəddəsliyini pozan İsrail əsgərlərinin təxribatlarını şiddətlə qınayırıq. Şərqi Qüds və İordan çayının qərb sahilində müsəlmanların müqəddəs yerlərinə edilən hücumların dərhal sona çatmasını və bu təxribatları törədənlərin ən ağır şəkildə cəzalandırılmasını gözləyirik”. – deyə o bildirib.

banner

Keçeli bölgənin şiddətə deyil, daha çox sülhə ehtiyacı olduğuna diqqət çəkib.

Xatırladaq ki, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın zamanı məscidi zəbt ediblər.

Qeyd edək ki, görüntülərlə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice