Əsas səhifə » İsrailə silah embarqosu tətbiq etməyəcəyik-Kamala Harris

İsrailə silah embarqosu tətbiq etməyəcəyik-Kamala Harris

Yamin Savalanli

Bakı, AzerVoice

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrailə qarşı silah embarqosu tətbiq etmək niyyətində olmadığını deyib.

AzerVoice xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, Demokratlar Partiyasından prezidentliyə namizəd Harris və vitse-prezidentliyə namizəd Tim Uolz namizədlikləri aydınlaşdıqdan sonra CNN telekanalına ilk müsahibələrini veriblər.

Daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən ABŞ-ın İsrail siyasətinə qədər bir çox mövzuda sualları cavablandıran Harris, Demokratik Partiya Konqresindəki çıxışındakına oxşar mesajlar verib.

banner

Müsahibənin xarici siyasət bölməsində Harris ABŞ-İsrail münasibətləri və Qəzzadakı humanitar böhranla bağlı ABŞ prezidenti Co Baydendən fərqli olaraq nə edəcəyi sualını cavablandırıb.

7 oktyabr hücumlarında baş verənləri xatırladan Harris, İsrailin özünü müdafiə hüququna hörmət etməyə davam edəcəyini və bu mövzuda mövqeyinin konkret olduğunu bildirib.

“Açıq deyim ki, İsrailin müdafiəsinə və özünü müdafiə qabiliyyətinə sadiqliyim sarsılmaz və mütləqdir. Bu, dəyişməyəcək.” Harris bildirib ki, hazırda onların prioritetləri atəşkəs razılaşmasıdır.

Demokrat Partiyasının içindəki bir kəsimin intensiv şəkildə “İsrailə silah embarqosu” tələb etdiyini xatırladan aparıcı “Bu silah siyasətində heç bir dəyişiklik olmayacaqmı?” deyə sual verib. Harris buna cavab olaraq, “Xeyr. Biz razılaşmanı indi yekunlaşdırmalıyıq”, -deyə qeyd edib.

Harris İsrailə dəstəyini təkrarlayaraq, çoxlu sayda fələstinli mülki vətəndaşın həyatını itirdiyini qeyd edərək, “Bu (atəşkəs) razılaşmasını həll etməliyik. Bu müharibə bitməlidir. Müqaviləni tamamlayıb əsirləri çıxarmalıyıq. Gəlin əsirləri xilas edək və atəşkəs təmin edilsin”,-deyə sözlərini tamamlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice