Əsas səhifə » İslamda riyaziyyat və astronomiya

İslamda riyaziyyat və astronomiya

Hafiz Rufizoglu

Bakı,AzerPress

Sarton məşhur riyaziyyatçı Məhəmməd ibn Musa əl-Xarəzmini IX əsrin birinci yarısının təmsilçisi hesab edir. Alqoritm sözü onun adından gəlir. Xüsusilə kom- püterin, hesablama maşınlarının kəşf edilməsində alqorit- min böyük faydaları olmuşdur. “Bütün kompüterlər bir alqoritmdir”. Sartona görə, Xarəzmi “riyazi düşüncə sahəsində bütün orta əsr alimlərindən daha təsirli olmuşdur”. Onun cəbrə (ərəb dilində əl-cəbr) verdiyi tərif riyaziyyatın bu sahəsini yaratmışdır. Xarəzmi həm də cəbri həndəsədən ayıran ilk insandır.
Onun riyaziyyat sahəsinə digər töhfələri arasında həndəsi həll yolları, bucaq hesablamaları və triqonometrik cədvəllər də mövcuddur. Batlı Adelard bu cədvəlləri İnti-bahdan daha əvvəl 1126-cı ildə latın dilinə tərcümə etmişdir. Astronomiya ilə əlaqəli olan və Sartona görə, “müsəlmanların ilk cədvəl və qrafikli kitabı” da eyni dövrdə tərcümə edilmişdir. Xarəzmi həm də bir astronom idi.
Xarəzminin davamçılarından olan riyaziyyatçı və astronom Sabit ibn Qürrə müsəlman olmasa da, xəlifə Məmunun Bağdaddakı akademiyasının bir üzvü idi. Məmunun sələfinin inşa etdirdiyi, mərkəzində fəlsəfə və tibb məktəbi olan Harrandakı bir Ellinist məktəbin nümayəndəsi idi. Sabit ibn Qürrə mənsub olduğu Sabiilər qrupuna imtiyazlar qazandırmışdır. Çünki ilahi və vəhyə istinad edən bir din olduğu üçün Sabiilik də İslamın çətiri altında sayılırdı. Sabit ibn Qürrənin töhfələri arasında həndəsə, mexanika və qeyri-rasional ədədlər haqqında təkliflər, hipotezlər və Evklid tərcümələri də mövcud idi. Günəş saatındakı kölgələr haqqında bilinən ilk yazılı kitab ona aiddir. Differensial haqqında yazdığı kitab latın dilinə tərcümə edilmişdir. Astronomiyaya dair tədqiqatlarında günəş şüalarının düşmə bucağını və günəş ilinin müddətini göstərmə cəhdləri böyük əhəmiyyət daşıyır. Sabit ibn Qürrənin İslam elm tarixinə qoyub getdiyi miras isə hər biri böyük bir elm adamı və tərcüməçi olan oğlu və tələbəsi Sinan, nəvələri Sabit ilə İbrahim və nəvəsinin oğlu Əbül-Fərəcdir.

Astronomların cəhdləri sayəsində göy üzü haqqında əldə edilən etibarlı biliklər, gediləcək yolu müəyyənləşdirmək, zamanı hesablaya bilmək və bürclərin kordinatları və parlaq ulduzların hərəkətlərinə ehtiyac duyan səyyahlar üçün inqilabi xarakter daşımışdır. Ay ərəblərin həyatında çox böyük rol oynayırdı və ay təqvimi onlar üçün son dərəcə mühüm idi. Ərəblər ulduz toplularını iyirmi səkkiz qrupa ayırmışdılar. Ayın bu ulduzlar qarşısındakı mövqeyinə görə isə fəsilləri müəyyənləşdirmişdilər. Müəyyən ulduzların hər il doğduqları dövrlər isə əkinçi- lik təqvimi üçün əhəmiyyətli idi.

Qərbə aid tarix kitablarında haqqında çox az bəhs edilən bir digər mühüm riyaziyyatçı – astronom isə Əbül-Vəfa əl-Büzcanidir (940-998). Onun riyaziyyata ən böyük töhfəsi həndəsi qrafiklər və triqonometriya sahəsində olmuşdur. Həmin dövrün triqonometriyası onu “yeganə nəzəri sənət” qəbul edən yunanlardan qalmışdır. Digər tərəfdən Bernar Karra de Voya görə, müsəlmanlar “yunanların xəbərdar olmadığı, proyektiv və sferik həndəsənin baniləridirlər”.
Əbül-Vəfanın uğurları burada haqqında danışılması mümkün olmayacaq qədər texniki mövzulardır. Həndəsə sahəsindəki tədqiqatları parabolalar və parabolidin həcmi ilə əlaqəlidir. Çoxtərəfli şəkillər və başqa bir çox həndəsi problemi həll etmişdir. Triqonometriyaya sekans və tangens məfhumlarını o bəxş etmişdir. Çinli Kuo Şou-Çinqin müstəvi triqonometriyası haqqındakı tədqiqatları böyük ehtimalla Əbül-Vəfadan götürülmüşdür.
Əbül-Vəfa Ptolemeyin “əl-Məcəst” adlı kitabının ərəb dilinə yeni bir tərcüməsi üzərində işləmişdir. Əbül-Vəfa əvvəlki tərcüməni qənaətbəxş hesab etmədiyi üçün tərcüməni inkişaf etdirmişdir. Riyaziyyat və astronomiya sahəsində Bəni Musa qardaşlar dünyanın çevrəsini müəyyənləşdirmişdilər. Qütb ulduzunun yüksəkliyini müəy- yənləşdirmiş, şimal və cənub cəhətlərindən hesablamış və triqonometriyadan istifadə edərək 24000 millik sahəni əhatə edən “həqiqi fiqurunu” ölçmüşdür. Ceyms və Torpe Bəni Musa qardaşların “orta əsrlər İslam dünyasında yüksək mühəndislik sahəsində qeyri-adi yeniliklərin öncülləri” olduqlarını qeyd edir.
Şərqdə və Qərbdə çox yaxşı tanınan, eyni zamanda bir şair olan böyük riyaziyyatçı və astronomlardan biri də Ömər Xəyyamdır (1048-1131). Yaşadığı dövrün ən yaxşı təhsilinə yiyələnmiş və mədrəsədə (daha sonra Səlcuqluların böyük vəziri olacaq) Nizamülmülk ilə tanış olmuşdur. Xəyyam şeirlə məşğul olmağa üstünlük versə də, dostu Nizamülmülkün və Səlcuqlu sultanının dəvətini qəbul edərək İsfahandakı rəsədxananı idarə etmək vəzifəsini öhdəsinə götürmüşdür. Riyaziyyat və astronomiyaya olan marağını davam etdirmişdir. Nisbətən daha az bilinən bir digər cəhəti də həkimliyidir.

banner

Ömər Xəyyamın rəsədxanadakı vəzifələrindən biri də sarayın astroloqluğunu yerinə yetirməsidir. O, bu işi könülsüz yerinə yetirirdi, çünki astrologiyaya inanmırdı. O, daha çox riyaziyyat və astronomiya sahəsindəki tədqiqatları ilə məşhurdur. Məsələn, yalnız yunanları deyil, Xarəzmini də çox geridə qoyan cəbr kitabını nümunə göstərmək olar. Ömər Xəyyamın Xarəzminin cəbrlə əlaqəli tədqiqatlarına əlavə etdiyi yeniliklər arasında üçüncü dərəcədən tənliklər (Xarəzmi yalnız ikinci dərəcədən tənliklərlə məşğul olurdu), tənliklərin təsnif edilməsi, ikinci və üçüncü dərəcədən tənliklərin konik açma ilə həll yolları da daxildir. Meyerof onun üçüncü dərəcədən tənliklər haqqında tapdığı həll yollarının “riyaziyyatın bu sahəsində yeni bir mərhələ” olduğunu bildirir. Xəyyamın riyaziyyat sahə- sindəki əsərlərinin orijinallarının itdiyi və hazırda mövcud olanların yalnız tərcümələrdən ibarət olduğu düşünülürdü. Bu əsərlər İranda yaxın dövrdə ortaya çıxmış və nəşr olunmuşdur. Nizamülmülk Xəyyam və Əbdürrəhman Xazinidən İran günəş təqvimini inkişaf etdirəcək riyaziyyatçı və astronomlardan ibarət bir qrup yaratmalarını istəmişdi. Xəyyam o dərəcədə müvəffəqiyyət qazanmışdı ki, onun hazırladığı təqvim miladi təqvimdən daha yaxşı olmuşdu. Ronana görə, Xəyyamın təqvimində “beş min ilin yalnız bir günündə xəta ola bilərdi”. Müsəlmanlar mexaniki təqvimlər də icad etmişdilər. Onlardan bəziləri mürəkkəb çarxlı cihazlardan ibarət idi. Əbu Səid əl-Siczinin dizayn etdiyi “ayın fazalarının və bürclərin işarələrinə görə günəşin hərəkətlərini qeyd edən” çarxlı təqvimi qeyri-adi bir nümunədir.

Həmin dövrdə riyaziyyat və astronomiyaya bir vəhdət şəklində baxılır və hər ikisi üzərində birlikdə tədqiqat aparılırdı. Xarəzminin müasirləri arasında məşhur riyaziyyatçı – astronomlar və yaxud hər iki sahədə də mütəxəssis olan alimlər var idi. Bu sahələrdə mühüm töhfələri olan şəxslər bunlardır: Fars-Yəhudi mənşəli astronom və həkim olan Əli ibn Rəbban ət-Təbəri (838-870) Ptolemeyin “əl-Məcəst”ini ərəb dilinə ilk dəfə tərcümə edən alimdir. Mərvli astronom Həbəş əl-Hasib (öl. 870) hündürlük vasitəsilə zamanın ölçülmə metodunu ilk dəfə hesablayan şəxsdir. IX əsrin ən parlaq astronomu isə Fərqanidir. Qərbdə “Elements of Astronomy (Astronomiya ünsürləri) kimi tanınan kitabının orijinal adı “Səma hərəkətləri və ulduzlar elmi”dir. XII əsrdə latın dilinə tərcümə olunmuş bu əsər növbəti üç əsr ərzində bütün dünyada böyük bir təsirə malik olmuşdur.

Müsəlman İspaniyasında astronomiya sahəsində həyata keçirilən mühüm tədqiqatlar və hazırlanan astronomiya cədvəlləri Qərbə ötürülmüşdür. Yazdığı müfəssəl dünya tarixi əsəri ilə məşhur olan tarixçi İbn Səid həm də çox yaxşı bir fəza müşahidəçisi idi. Onun həm özünə, həm də başqalarına aid saysız-hesabsız tədqiqatlar topladığı əsərini Zərqali (1028-1087) yeni qrafiklər yaratmaq üçün istifadə etmişdir. Zərqalinin bu tədqiqatı daha sonra “Toledo cədvəlləri” kimi məşhurlaşmış və Qərbi Avropada etibarlı bir mənbə sayılmışdır. Zərqali bu cədvəlləri mürəkkəb triqonometriya nəzəriyyələri ilə birlikdə təqdim etmişdir. O, əl-Məcriti (öl. 1007) ilə birlikdə Əndəlüsün ən böyük elm xadimlərindən biri olmuşdur.
Qərb dünyanın dairəşəkilli olduğunu müsəlman İspa- niyasından öyrənmişdir. Hitti müsəlmanlar sayəsində bu həqiqətin unudulmadığını və Valensiyalı Balansininin (öl. 823) bu doktrinanın “təmsilçisi” qəbul edildiyini yazır. Bu məlumat ilk dəfə 1410-cu ildə nəşr olunan latın dilində bir yazıda qeyd olunmuşdur. Hitti Kolumbun bu tədqiqat sayəsində dünyanın ən azından üst hissəsinin dairəvi olduğunu öyrəndiyini də əlavə edir.
Müsəlman alimlərini ixtisaslarına görə qruplaşdırmaq çətindir. Onlar “Müsəlman insan” anlayışına sadiq qalaraq yalnız elmdə deyil, digər sahələrdə də inkişaf etmişdilər. Haqqında danışılan dövrün məşhur bir şəxsi də Kindidir (801-873).

Əl Kindi kimdir?
ƏBU YUSUF YAKUB İBN İŞAK ƏL-KİNDİ (VIII əsrin sonu – 860-879-cu illər), alim-ensiklopedist, ərəbdilli peripatetizmin nümayəndəsi, “Ərəblərin filosofu” titulunu almış dahi şəxs
iyətdir

O, bir çox müsəlman alim kimi müdrik insan idi. Ona “ərəblərin filosofu” ünvanını qazandıran tədqiqatlarının bir çoxu fəlsəfə ilə əlaqəli idi. Kindi həm də riyaziyyat, fizika, farmakologiya və coğrafiya ilə əlaqəli kitablar yazmışdır. Onun həndəsə və fizioloji optika sahəsində yazdığı kitablar Rocer Bekon və Vitelo daxil olmaqla çox sayda elm adamına təsir etmişdir. Kindinin ərəb musiqisi haqqındakı elmi tədqiqatı bu sahədə müasir dövrə gəlib çatan ilk əsərdir. Həmçinin Kindi qeyri-adi fizik idi.
Kindi İslam tarixində fizikadan danışılarkən ən çox adı çəkilən alimdir. əsəri arasında fizika sahəsində 33 risaləsi mövcuddur. Meteorologiya, xüsusi çəki, qabarma və çəkilmə, optika, musiqi və işığın əks olunması ilə bağlı tədqiqatları mövcuddur. Bunlar arasında ən məşhuru “On optik” (Optika haqqında) adlı əsəridir. Bu əsərin müasir dövrə gəlib çatmış nüsxəsi yalnız Kindinin digər bir çox əsərini də tərcümə edən Kremonalı Cerardın qələmindən çıxan latınca tərcümədir. “Optika haqqında” əsəri Qərbdə Rocer Bekon, Vitelo, Con Pekam və digər elm adamlarının fikirlərinin formalaşmasında mühüm rol oynamışdır. Kindi qızılın yalnız mədəndən çıxardıla biləcəyi və laboratoriyada başqa metalların dəyişdirilməsi ilə əldə edilə bilməyəcəyini müdafiə edən alimlərdəndir.

Müsəlmanların fizika sahəsinə ən böyük töhfəsi Qərbdə “Alhazen” kimi tanınan Əbu Əli əl-Həsən ibn əl-Heysəmin (965-1039) əsəridir. Kolin Ronana görə, İbn Heysəmi “ən böyük müsəlman fizikaçı”dır. Meyerof isə onu “optika sahəsində İslam elminin iftixarı” adlandırır və “Evklid ilə Ptolemeyi (riyaziyyat qabiliyyətləri baxımından) kölgədə qoyduğunu” deyir. Bir bioqrafiya əsərində tibb, optika, riyaziyyat, fizika və fəlsəfə sahəsində ona aid təxminən 200 əsərin siyahısı verilmişdir.
İbn Heysəm anadan olduğu Bəsrə şəhərində və Bağdadda həkimlik etmişdir. Bir müddət sonra digər elm sahələri ilə də maraqlanmışdır. Qahirədə Fatimi xəlifəsi Hakim ona heç bir məlumatının olmadığı bir sahə ilə bağlı tapşırıq vermişdir. Hələ o qədər də iş təcrübəsi olmayan İbn Heysəm Nilin hər il səbəb olduğu su daşqınlarına nəzarət etməli idi, lakin bu iş uğursuzluqla nəticələnmişdi.
İbn Heysəm işığın təbiətini və insan gözünü ciddi şəkildə müşahidə etməyə başladığı zaman öz dahiliyini göstərmişdir. O, işığın müxtəlif əşyalar üzərindəki hərəkətlərini, ortaya çıxan rəngləri, günün müxtəlif saatlarında işığın dəyişməsini, havada və sudakı əksi və qırılmaları müşahidə etmiş və təbii bir hadisənin necə bir vizual illüziyaya çevrildiyini maraqla araşdırmışdır. Lakin kəşflərin meydana çıxması yalnız müşahidə yolu ilə deyil, müsəlman elm adamları arasında müştərək bir məsələyə çevrilən təcrübələrlə həyata keçmişdir. İbn Heysəmin tədqiqatları gözün baxdığı əşyaya optik işıqlar göndərdiyini və bu işıqların əşyanın şəklinə bürünüb geri qayıtdığını və nəticədə görmə prosesinin yarandığını irəli sürən Evklid və Ptolemeyin nəzəriyyələrinin yanlış olduğunu meydana çıxarmışdır. O, görmənin əşyalardan çıxan şüaların gözə çatması ilə həyata keçdiyini isbat etmişdir. Bunu Leonardo Da Vinçinin kəşf etdiyi doğru deyil. İbn Heysəm “yunanlardan qalan görmə ilə əlaqəli səhv məlumatları düzəldən ilk insan”dır. İbn Heysəmin bu barədə apardığı təcrübələr görüntülərin retinaya qeyd edildiyini və göz sinirləri vasitəsilə beyinə ötürüldüyünü müəyyənləşdirmişdir.

İbn Heysəm müşahidələrinin əhatəsini genişləndirmiş, işığın yer kürəsinə düşməsində atmosferin təsirini tədqiq etmiş və atmosferin nə qədər sıx olarsa, işığa təsirinin də o qədər böyük olduğunu göstərmişdir. Bundan əlavə, atmosfer vizual bir illüziya yaradırdı. Məsələn, ulduzlar zirvədə olduqları halda əsl yerlərindən daha yaxın görünürdü. O, ulduz işıqları və göy qurşağı barəsində də təcrübələr apardı. İbn Heysəmin optika barəsində apardığı əsas tədqiqat orijinalı müasir dövrə gəlib çatmayan “Kitabül-mənazir”dir. Bu əsər latın dilinə tərcümə edilmiş və 1572-ci ildə nəşr olunmuşdur. “Kitabül-mənazir” orta əsrlərdə optika elminin inkişafına və Vitelo, Rocer Bekon, Leonardo Da Vinçi və İohann Kepler kimi elm adamlarına təsir etmişdir. İbn Heysəmin göyqurşağı, halə və tutulmanın meydana gəlmə səbəbləri haqqında risalələri vardır.
Tutulma meydana gələn zaman günəşə birbaşa baxmaq istəmədiyi üçün obyektivin sürgüsündə kiçik bir dəlik açaraq pəncərənin qarşısındakı divarda meydana gələn görüntünü müşahidə etdi. İcadın ona aid olub olmadığı dəqiq olmasa da, qaranlıq otaq tərifi ilə əlaqəli ilk mənbə İbn Heysəmə aiddir. İbn Heysəmin ən məşhur əsərlərindən biri “On the Bur- ning Glass” (Böyüdücü haqqında) adlanır. Alim “görüntülərdə mərkəz, böyütmə və tərsinə çevirmə haqqında dərin və doğru bir analiz aparmış və rənglərin yaranmasını təcrübələrlə meydana çıxarmışdır”. İbn Heysəmin təqdim etdiyi görüntünü böyüdən linzalar nəzəriyyəsi İtaliyada ancaq üç əsr sonra irəli sürülmüşdür. Biruninin elmə verdiyi töhfələrin çoxu hələ də yaxşı bilinmir. Geologiya ilə əlaqəli tədqiqatlarını buna nümunə göstərmək olar. Vaxt dövrləri haqqında hind mənbələrindən öyrəndikləri onu geologiya tarixini araşdırmağa sövq etmişdir. Xüsusi çəkiləri təsbit edərkən əldə etdiyi dəqiqlik öz dövrünə görə mühüm hadisə idi. Astoronomiya haqqında yazdıqları şəxsən özünün düzəltdiyi cihazlar vasitəsilə keçirdiyi təcrübələrə dayanırdı. Biruni həm də farmakologiya, botanika, cazibə qüvvəsi, geologiya, fizika və riyaziyyatla əlaqəli risalələr yazmışdır.Müsəlman elm adamları mütəvazi bir şəkildə həyatlarını çox faydalı tərcümələr və (müsəlman olub – olmamasından asılı olmayaraq) başqalarının biliklərindən də istifadə edib daha əvvəlki icadları və yeni kəşflərin sintezindən yaranan kitablar yazaraq özlərini İslam elminin inkişafına həsr etmişdilər. Bu kitabların çoxu latın dilinə tərcümə edilmişdir. Bu böyük alimlərdən biri də Nəsirəddin Tusidir (1201- 1274). O, müsəlman ölkələrin viran edildiyi monqol istilasının hökm sürdüyü çətin bir dövrdə yaşamışdır. Lakin Nəsirəddin üçün Monqol xanı Hülakü bir xilaskar olmuşdur. Nəsirəddin bir astroloq kimi şöhrət tapmış və bu xüsusiyyəti ilə Xaşxaşilərin diqqətini cəlb etmişdir. İdarəçilərindən biri onu ələ keçirərək Qafqaz dağlarındakı qaladan Ələmut qalasına göndərmişdir. Həmin bölgə iki əsr – Hülakü xana qədər ələ keçirilməmişdir. Nəsirəddinin qala haqqında monqollara kəşfiyyat məlumatları verməsi güman edilir. Hülakünün azad etdiyi Nəsirəddin onun sadiq məsləhətçisi olmuş və ölənə qədər monqollarla birlikdə yaşamışdır.Hülakü xan astronomiya sahəsindəki üstün biliyinə görə Nəsirəddin Tusiyə Marağa rəsədxanasını təsis etmə vəzifəsi vermişdir. Bu rəsədxana çox keçmədən seçilmiş kitabxanası, astronomları və ən yaxşı elmi cihazları ilə dünya şöhrəti qazanmışdır. Müsəlmanlar cihazdüzəltmə sahəsində çox diqqətli idilər. Ekvatorial-dövri kürə kimi xüsusi alətlər də mövcud idi. Bu alətlər arasında ən geniş şəkildə yayılanı dərəcə və dəqiqələrin işarələndiyi beş oval həlqədən ibarət bir dəst idi. Bu alətlər də avropalıların öz istehsallarını həyata keçirmək üçün nümunə götürdüyü cihazlardandır. Məsələn, Kastiliyalı Alfonso ən yaxşı dairəvi astrolaba sahib olmaq üçün İntibah əsnasında “Ptolemeyin ellipsvarısını yenidən düzəltmək” istəyən Reqimontan kimi bütün bu alətlərdən istifadə etmişdir.

Nəsirəddin Tusi riyaziyyat, həndəsə və triqonometriya sahəsində faydalı tədqiqatlar aparmışdır. Həmçinin riyaziyyatla bağlı dördü İslam dövrünü əhatə edən on altı cildlik geniş, əhatəli bir əsər də yazmışdır. Dördbucaqlar haqqında yazdığı kitabı isə dairəvi triqonometriya sahəsində çox mötəbər bir əsərdir.Nəsirəddin optika haqqında üç, musiqi ilə əlaqəli iki, tibbə dair bir və məntiq elmi barəsində iki risalə yazmışdır. Mineralogiya, coğrafiya, geodeziya, fəlsəfə, ilahiyyat və əxlaq haqqında da tədqiqatlar aparmışdır. O, həqiqi bir alim və elmə böyük töhfələri olan böyük bir şəxsiyyət idi.

Digər Kateqoriyalar

2023 © AzerVoice