Əsas səhifə » İşğaldan azad edilmiş ərazilərdə səkkiz yeni seçki məntəqəsi yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə səkkiz yeni seçki məntəqəsi yaradılacaq

Narmin Ağayeva

Bakı,  AzerVoice

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

 AzerVoice– un xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Rövzət Qasımov mlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

banner

Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice