Əsas səhifə » İş həyatında uğur qazanmaq üçün Z nəsli nə etməlidir?

İş həyatında uğur qazanmaq üçün Z nəsli nə etməlidir?

Narmin Ağayeva

Bakı, AzerVoice

Mütəxəssislər iş həyatında uğur qazanmaq istəyən Z nəslindən olan( 1997-2012-ci illər arasında anadan olanlar) gənclərlə məsləhətlərini bölüşüblər.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Əmək Statistikası Bürosu məlumat verib.

Məlumata görə, 1997-2012-ci illər arasında anadan olan Z nəslinin 2032-ci ilə qədər işçi qüvvəsinin 32 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.

banner

Amerikanın “Washington Post” qəzetinin xəbərində Z nəslinin əhəmiyyətli bir hissəsinin pandemiya səbəbiylə təcrübə və üzbəüz iş imkanlarını qaçırdığı vurğulanır.

Ekspertlər iş həyatına uyğunlaşmaq istəyən gənclərə bir neçə tövsiyə veriblər.

Sual Verməkdən Qorxmayın
Yeni işə başlayan gənclər, suallar verməkdən çəkinməməlidirlər. Təcrübəli işçilərlə əlaqə quraraq suallar vermək, həm işə inteqrasiyanı sürətləndirir, həm də problemləri vaxtında həll etməyə kömək edir

Süni İntellektdən Ehtiyatlı Olun
Hər bir iş yerində süni intellektin (Aİ) istifadəsinə fərqli yanaşmalar ola bilər. İş yerində süni intellekt istifadəsini sadəcə dəstək vasitəsi kimi qəbul edin. Aİ-ın iş proseslərində necə istifadə olunduğunu öyrənmək və ondan düzgün faydalanma yollarını bilmək vacibdir.

Fikirlərinizi Paylaşın
Z nəsli iş yerinə yeni ideyalar və perspektivlərlə gəlir. Gənclər öz fikirlərini açıq şəkildə ifadə etməli, problemlərin həllində yaratdıqları dəyərlə diqqət çəkməlidirlər. Fikirlərinizi açıq şəkildə ifadə etmək, iş proseslərini təkmilləşdirməkdə və komanda üzvləri arasında fərqlənməkdə kömək edə bilər.

Özünüzü Əvəzolunmaz Edin
İş yerində fərqlənmək üçün əlavə səy göstərin və əvəzolunmaz olun. Onlayn görüşlərdə kameranı açmaq, səhv hesab etdiyiniz davranışlara qarşı çıxmaq və komandanın fəal üzvü olmaq bu məqsədə çatmaqda kömək edə bilər. Eyni zamanda, əlavə vəzifələr götürməklə və bəzi işlərdə könüllü olmaqla iş yerində sevilən və etibarlı bir işçi olmaq mümkündür

Digər Kateqoriyalar

2023 © AzerVoice