Bakı. AzerPress:
İraqın şimalındakı Qara, Hakurk və Qəndildə terrorçuların hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatında 14 hədəf məhv edilib.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Açıqlamada qeyd olunub ki, ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizədə qətiyyət aramsız olaraq davam edir.
“Terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə İraqın şimalında yerləşən Qara, Hakurk və Qəndildəki terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında yüksək səviyyəli terrorçuların olduğu düşünülən mağara, bunker, sığınacaq və anbarlardan ibarət 14 hədəf məhv edilib.” – deyə Türkiyə MN bildirib.
Qeyd olunub ki, həyata keçirilən əməliyyatlarda Türkiyənin yerli və milli sursatlarından maksimum istifadə edilərək bir çox terrorçu zərərsizləşdirilib.
Hafiz Rufizoğlu