Əsas səhifə » İraq və Suriya ilə sərhədlərimizdə təhlükəsizlik dəhlizi yaradacağıq – Yaşar Güler

İraq və Suriya ilə sərhədlərimizdə təhlükəsizlik dəhlizi yaradacağıq – Yaşar Güler

Fərid Mikayilov
AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Gülər müsahibədə məyusluğunu ifadə edərək, İranın mövqeyini qınayıb.

Bakı,AzerVoice

İraq və Suriya ilə sərhədlərimizdə 30-40 kilometr ərazidə təhlükəsizlik dəhlizi yaratmaq və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qərarlıyıq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler deyib.

“Türkiyənin etibarsız olduğu bəyanatını qəti şəkildə rədd edirik, belə bir şey yoxdur. 32 müttəfiqin bir yerdə olduğu bir mühitdə hər mövzuda eyni fikirlərin olması ağlasığmazdır. Bəzi ölkələr belə bir təsəvvür yaratmağa çalışırlar.Türkiyə bu günə qədər Rusiya-Ukrayna müharibəsinin hər iki tərəfini yüksək səviyyəli danışıqlarda bir araya gətirə bilən yeganə ölkə olub. Biz Qara dənizin strateji döyüş meydanına çevrilməsinə imkan verməyəcəyik”,- deyə Güler NATO ilə bağlı bu sözləri deyib.

banner

Nazir Avropa Birliyinə üzv müttəfiqlərin “NATO-nun təhlükəsizlik çətiri xaricində” alternativ axtarışlarının, ittifaqın birlik və həmrəyliyinə zərər verəcəyini vurğulayıb.

“Avro-Atlantik bölgədə ən təsirli təhlükəsizlik təşkilatı NATO-dur. Avropanın öz təhlükəsizliyini artırmaq səylərini başa düşsək də, başqa bir formalaşmaya ehtiyac olmadığını düşünürük”,- deyə o bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice