17
Bakı. AzerVoice
İraq və İordaniya hava məkanlarını müvəqqəti bağlandığı bildirib.
AzerVoice xəbər verir ki, İraqın nəqliyyat naziri Rezzak əs-Sədavi bu qərarın İraq ərazisindən keçən təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.
Həmçinin o, bütün hava limanı uçuşlarını dayandırdıqlarını deyib.
İordaniyanın PETRA agentliyinin məlumatına görə Mülki Aviasiya Qurumunun prezidenti Heysem Misto hadisələrə görə qərarın yenidən dəyərləndiriləcəyini deyib.
İordaniya Silahlı Qüvvələri baş verən hadisələrdən dolayı xalqı evdə qalmağa çağırıb.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb və sosial mediada bəzi raketlərin İraq üzərindən keçməsi görüntüləri yayımlanıb.