19
Bakı. AzerVoice
Baş verən son hadisələrlə əlaqədar İran səmasında heç bir uçuş həyata keçirilmir.
AzerVoice-un məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda İran səmasında uçuş həyata keçirən heç bir təyyarə yoxdur. Uçuşda olan bütün təyyarələr alternativ istiqamətlərə yönəldiib və yaxud eniş edib. Heç bir uçuşda problem yaranmayıb.
Təşkilat rəsmisi həyata keçirilməyən uçuşların başqa vaxta baş tutacağını bildirib.
Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.