Bakı,AzerVoice
İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.
Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.
İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu görmək olur.
AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.
İranın bəzi ayələtlərində və xüsusən də Hörmüz adasında insanlar arasında inanc var ki , Təmbulək adında bir məxluq yaşamaqdadır. Bəziləri əslində onun cin olduğunu deyir. İnsanlar iddia edirlər ki , Təmbulək kəndlərin yaxınlığında yaşayır.
Təmbulək zərərsiz bir məxluq kimi tanınır, adətən təsərrüfatda və bağlarda, xüsusən də suvarma zamanı kəndlilərə kömək edir. Bəzi rəvayətlərdə onu qəlbi pak və günahdan uzaq insanların görə biləcəyi qeyd edilmişdir. Təmbulək həm gündüz, həm də gecə görünə bilər.