Əsas səhifə » İran mifologiyasında Abdolmay nədir?

İran mifologiyasında Abdolmay nədir?

Azer Voice

Bakı,AzerVoice

İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.

Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.

İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.

banner

Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu  görmək olur.

AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.

İran mifologiyasında Abdolmay nədir?

Abdolmay cənubi İran folklorunda tanınan mifik məxluqdur. Adı suyun qulu mənasını verir və çaylarda yaşayır. İnanca görə, bu varlıq əslində uşaqları çay və su  hövzələrinə yaxınlaşmağa qoymur və beləliklə də onları batmaq təhlükəsindən xilas edir.

Bəzi insanlar hələ də hesab edirlər ki, bu  mifik varlıq, mağazalarda öz ailəsi ilə yaşayır.

Görünüşü, bəzən sansara, bəzən insana  bəzən də pişiyə bənzəyir. Güclü bədəni, var.

Digər Kateqoriyalar

2023 © AzerVoice