Əsas səhifə » İnterpolun qırmızı bildirişi ilə axtarışda olan narkotik ticarətçisi İstanbulda saxlanılıb

İnterpolun qırmızı bildirişi ilə axtarışda olan narkotik ticarətçisi İstanbulda saxlanılıb

Laman Asadli

Bakı. AzerPress:

İngiltərənin Şimal-Şərqi bölgəsində narkotik ticarəti ilə məşğul olan “Silahlı Mütəşəkkil Cinayətkarlıq Təşkilatı”nın rəhbəri, İnterpolun qırmızı bildirişi ilə axtarışda olan Şaun Monaqan İstanbulda keçirilən “KAFES -16” əməliyyatı zamanı saxlanılıb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Məlumata əsasən, Şaun Monaqanın rəhbərlik etdiyi silahlı təşkilatın İngiltərədə külli miqdarda kokain və heroin payladığı, qeyri-qanuni silah ticarəti və soyğunçuluq törətdiyi aşkar edilib.

banner

“Türkiyəni beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir yaxalayaraq məsuliyyətə cəlb edəcəyik”, – deyə A.Yerlikaya vurğulayıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice