Əsas səhifə » İnqilab Keşikçiləri Haniyə üçün qisasa qərar verdi-İbrani mediası

İnqilab Keşikçiləri Haniyə üçün qisasa qərar verdi-İbrani mediası

Hafiz Rufizoglu

Ramallah, AzerVoice

İsrailin yeni hesablamaları göstərir ki, İran İnqilab Keşikçiləri HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və Livan Hizbullahının hərbi komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq xaricdəki İsrail və yəhudi qurumlarını hədəfə almaq qərarına gəlib.

İvrit xəbərləri mənbələrə istinadən bildirir ki, “(İran) cavab tədbirləri İsrail səfirlikləri və rəsmi nümayəndəlikləri, israilli iş adamları və turistləri, məşhur turistik yerlər, yəhudi sinaqoqları, Çabad dini birlik mərkəzləri və digər yəhudi icması qurumları kimi İsraildən kənar hədəflərə yönələcək. Hədəf kütləsi arasında İsraildə əlaqələri ilə tanınan yəhudi iş adamları da var.

Hesabatlarda qeyd olunur ki, İsraillə birbaşa qarşıdurmadan qaçmaq və toqquşmalara aidiyyatını inkar etmık məqsədilə Tehran məhz bu ssenariya üstünlük verəcək.

banner

Xəbərlərə görə, “İsrail təhlükəsizlik xidmətləri İran İnqilab Keşikçiləri Korpusunun qisas almaq qərarını müxtəlif ölkələrdəki yerli cinayət təşkilatları ilə əməkdaşlıq edərək verdiyini təxmin edirş İran bununla da birbaşa ittiham edilməməsdən yayınmaq niyyətindədir.

İran son illərdə beynəlxalq terror fəaliyyətini artırıb və Avropa, Şimali və Cənubi Amerika, Afrika, Avstraliya və Asiyada onlarla hücuma görə məsuliyyət daşıyır.

İsrailin hesabatlarında qeyd olunut ki, “İnqilab Keşikçiləri Qvardiyasının Kəşfiyyat Xidməti və İran Kəşfiyyat Nazirliyi Tehranın əleyhdarlarına, Qərb ölkələrindəki yüksək vəzifəli dövlət rəsmilərinə və ərəb ölkələrindəki hədəflərə qarşı terror əməliyyatlarını idarə etmək və həyata keçirmək üçün məsuliyyət daşıyırlar.”

“İnqilab Keşikçiləri Korpusunun agentləri və onun dünya üzrə təşkilatları tərəfindən həyata keçirilən terror aktları İranın yerli və xarici müxaliflərə qarşı rejimin maraqlarını inkişaf etdirməyə hesablanmış fəaliyyət metodlarının bir hissəsidir. İran 2021-ci ildə Afrika və Avropa ölkələrində 10, 2022-ci ildə isə Konqo, Almaniya, Azərbaycan, Gürcüstan, Tanzaniya, Türkiyə və İngiltərədə 9 oxşar əməliyyat həyata keçirib.2023-cü ildə Hindistan, Kipr, Braziliya, İsrail, Azərbaycan və Yunanıstanda 9 əməliyyat həyata keçirib”-deyə hesabatda deyilir.

Mütəşəkkil cinayətkar dəstələr

İvrit xəbərləri Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı və Terrorizm və Müharibə Proqramının rəhbəri Yoram Şvaytserdən sitat gətirib: “Mövcud beynəlxalq terror hərəkatının ən görkəmli xüsusiyyəti İran kəşfiyyatı ilə mütəşəkkil cinayət dəstələri arasında əlaqədir”.

Şvaytser deyib ki, İran İnqilab Keşikçiləri Mütəşəkkil cinayətkar dəstələrlə müntəzəm əlaqə saxlayır və onlarla əməkdaşlığı inkişaf etdirməyə və genişləndirməyə çalışır.
“Bu qruplar pul üçün öldürürlər və İranın əməliyyatlar üçün faydalı məlumat toplamaq tələblərinə cavab vermək imkanlarına malikdirlər.”Bu qruplarla əlaqədə olmaq İrana “terror fəaliyyətini sırf cinayət əməllərinə çevirməklə yanaşı, məsuliyyətdən yayınmaq və onların əlaqəsini inkar etmək” imkanı verir”-deyə hesabtda qeyd olunur.

Belə ki, İran Almaniyadakı “Cəhənnəm mələkləri”nin xidmətlərindən ölkənin müxtəlif şəhərlərində yəhudi icmasına qarşı, İsveçin “Foxtrot” cinayət təşkilatı isə İsrailin bu ölkədəki səfirliyinə hücumda istifadə edib.

Hesabata əsasən məhz bütün bunlar nəzərə alındığı üçün demək olar ki, Tehran İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq bu üsuldan sitifadə edəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice