Əsas səhifə » İngiltərədən ilk xal itkisi

İngiltərədən ilk xal itkisi

Tasnim İsmixan

Bakı. VOA:

AVRO-2024-ün C qrupunda II tura yekun vurulub.

VOA İdman.biz-ə istinadən xəbər verir ki, günün ikinci matçında Danimarka ilə İngiltərə üz-üzə gəlib.

Çempionatın favoriti hesab olunan İngiltərə xal itkisi yaşayıb. Harri Keyn hesabı açsa da, Morten Hyulmand uzaqdan güclü zərbə ilə hesabı bərabərləşdirib. Danimarka ardıcıl ikinci matçda heç-heçə oynayıb. İngiltərə isə 2 oyundan sonra 4 xal toplayıb.

banner

Qeyd edək ki, C qrupunun son turunun matçları iyunun 25-də keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
20 iyun, C qrupu
20:00. Danimarka – İngiltərə – 1:1
Qol: Morten Hyulmand, 34 – Harri Keyn, 18
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
Frankfurt Arena

Digər Kateqoriyalar

2023 © AzerVoice