Əsas səhifə » İlon Mask sanksiyalara məruz qala bilər

İlon Mask sanksiyalara məruz qala bilər

Naile Babazade

Bakı, AzerVoice

ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası amerikalı sahibkar İlon Maskı “X” platformasını alması ilə bağlı istintaq çərçivəsində ifadə vermək məqsədilə məhkəməyə gəlmədiyi üçün sanksiyalarla hədələyib.

AzerVoice bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sahibkar və Komissiya nümayəndələri Maskın sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəliblər. Amma dinləmədən 3 saat əvvəl Maskın vəkili bildirib ki, sahibkar “SpaceX”in raket buraxılışına getməyə məcbur olub.

banner

Qeyd olunub ki, komissiya Maskın oktyabrda ifadə vermədiyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi ilə bağlı vəsatət qaldıracaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice