Əsas səhifə » İlon Mask gələn il Türkiyəyə gələcək

İlon Mask gələn il Türkiyəyə gələcək

Aytac Suleymanova

Bakı. AzerPress:

İlon Mask 2024-cü ilin mart ayında Türkiyəyə gələcək.

AzerPress-in məlumatına görə, İlon Maskın Türkiyənin Düzcə vilayətinə səfərinin əsas məqsədi Hyperloop layihəsinin istehsal mərhələsini araşdırmaq olacaq.

Bu səfər, Türkiyənin beynəlxalq texnologiya sahəsində mövqeyini gücləndirəcək.

banner

Qeyd edək ki, Düzcədəki Erciyas Holdinq, supersonik sürətlərə çatmağı hədəfləyən inqilabi nəqliyyat layihəsi Hyperloop-a strateji tərəfdaş olaraq qoşulub. Bu layihədə xüsusi borulardan istifadə etməklə saatda 1 200 kilometr fövqəladə sürətə çatmaq hədəflənir.

Erciyas Holdinq dünyada 4 metr diametrli borular istehsal edə bilən və bu layihədə mühüm rol oynayan yeganə şirkət kimi tanınır.

Xatırladaq ki, 18 sentyabr 2023-cü il tarixində Tesla və SpaceX şirkətinin qurucusu İlon Mask, Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice