Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artaraq 1,5 milyard dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Rusiyaya kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azaldaraq 143,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.