Əsas səhifə » İlin əvvəlindən Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

İlin əvvəlindən Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında İrana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azaldaraq 490,8 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 2,8 faiz azaldaraq 49 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq, 27,9 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice