Əsas səhifə » İlin əvvəlindən Türkiyə Şimali Kiprə polad məhsulları ixracını artırıb (ÖZƏL)

İlin əvvəlindən Türkiyə Şimali Kiprə polad məhsulları ixracını artırıb (ÖZƏL)

admin

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Şimali Kİprə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artıraraq 122,5 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Şimali Kiprə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 21,5 faiz azaldaraq 14,9 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice