Əsas səhifə » İlin əvvəlindən Çin Türkiyədən hazır geyim idxalını azaldıb (ÖZƏL)

İlin əvvəlindən Çin Türkiyədən hazır geyim idxalını azaldıb (ÖZƏL)

admin

Bakı, AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Çinə hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azaldaraq 43,1 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Çinə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 19,7 faiz artıraraq 4,5 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 12,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 20 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice