Əsas səhifə » İlin əvvəlindən Çin Türkiyədən avtomobil sənayesi məhsulları idxalını azaldıb (ÖZƏL)

İlin əvvəlindən Çin Türkiyədən avtomobil sənayesi məhsulları idxalını azaldıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Çinə avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azaldaraq 46,7 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Çinə avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz azaldaraq 4 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 31,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 3,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 10,4 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice