Əsas səhifə » İbn Battutanın Hələb səfəri

İbn Battutanın Hələb səfəri

Azer Voice

Bakı, AzerVoice

“Səyahət insanı heyran edir, sonra da nağılbaza çevirir” – İbn Bəttuta. 

İslam dünyasının ən məşhur səyyahı İbn Battuta müasir tarixə qədərki bütün digər tədqiqatçılardan daha çox səyahət etmişdir. O ümumi olaraq təxminən 117.000 km məsafə qət edib.

İbn Battuta 1304-cü ildə Mərakeşin Tangier şəhərində anadan olub. Onun “Rihla” (Yolçuluq) səyahətnaməsi ən mühüm əsəridir. O “Rihla” əsərində səyahət etdiyi 30 il ərzində müşahidələrini qeyd edib və demək olar ki, bütün tanınmış İslam dünyasını və ətraf ölkələri gəzib.

İbn Battuta 50.000 km (31.000 mil) məsafə ilə Zheng He adlı səyahətçini və 24.000 km (15.000 mil) ilə Marko Polonu geridə qoyaraq, müasir tarixdən əvvəlki bütün digər səyahətçilərdən daha çox səyahət hata keçirib. Onun qət etdiyi ümumi məsafə təxminən 117.000 km (73.000 mil) idi.

AzerVoice oxucularına məşhur səyahətçi İbn Battutanın “Rihlə” kitabının qıssa tərcüməsinini silsilə şəkildə təqdim edir.

İbn Battutanın Hələb səfəri

Hələbin şöhrəti geniş yayılıb. Onun adı dünyanın dodaqlarındadır. Hökmdarlar ona sahib olmaq arzusu ilə yaşayır. Strateji mövqeyinə görə bu şəhər bir çox hökmdarlarlın maraq dairəsində olub. Bu şəhərin alınması və qorunması üçün dağıdıcı müharibələr olub, qanlar tökülüb, başlar kəsilib.

Hələb çox yaxşı qorunmaqdadır. Hər kəsin asanlıqla fəth edə biləcəyi yer deyil. İstəsələr belə, gücləri çatmazdı. Şəhər, yonma daşla əhatə olunub.

Bu şəhərdə bir tarix var, tanınmış insanlar yaşayıb burada lakin hamısı tarix olub, yerdə qalan isə sadəcə Hələb olub.

banner

Hökmdarları bir-bir məhv edilsə də, hələ də yaşayan şəhərə heyran oldum. O, hələ də hər kəsə meydan oxuyur.

Digər Kateqoriyalar

2023 © AzerVoice