Əsas səhifə » HƏMAS terror təşkilatı yox, siyasi bir hərəkatdır – Türkiyə prezidenti

HƏMAS terror təşkilatı yox, siyasi bir hərəkatdır – Türkiyə prezidenti

Aytac Suleymanova

Bakı. AzerPress:

HƏMAS terror təşkilatı yox, siyasi bir hərəkatdır.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq ictimaiyyətin nə deyəcəyi məni maraqlandırmır. Onlar HƏMAS-ı “terror təşkilatı” adlandırırlar. HƏMAS Fələstində reallıqdır, terror təşkilatı deyil. Həmas siyasi hərəkatdır və siyasi partiya olaraq daxil olduğu seçkilərdə qalib gəlmiş hərəkatdır. Amma bunu bizə məcbur edirlər ki, biz buna “terror təşkilatı” deyək. Xeyr, biz HƏMAS-ı sizin dediyiniz kimi “terror təşkilatı” adlandırmırıq. Siz Qəzzanı tamamilə məhv etmək və bu yolla nizam-intizam yaratmaq istəyirsiniz. Biz bu işdə iştirak edə bilmərik. Hazırda İsrail dövlət terroru həyata keçirir”,- deyə Ərdoğan bildirib.

banner

Türkiyə prezidenti qeyd edib ki, Xarici işlər nazirimiz Hakan Fidanın, ABŞ dövlət katibi Entoni Blinkenlə danışmasına baxmayaraq Qərb hələ də susur.

“Qəzza qəssabı Netanyahu və onunla birlikdə hərəkət edən bütün israilli və qeyri-israilli siyasətçilər də mühakimə olunmalıdır. Biz bunu təxminən üç min hüquqşünasla təqib edirik. Türkiyədən kənarda bir çox ölkədən də bu işi izləyən vəkillər, hətta prokurorlar var. Biz izləməyə davam edəcəyik. Bizim narahatlığımız bu soyqırıma tez bir zamanda son qoyulması və cinayətkarların cəzalandırılmasıdır”,- deyə Ərdoğan vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice