Əsas səhifə » HƏMAS İsraillə girovların azad olunması üzrə danışıqları dondurub

HƏMAS İsraillə girovların azad olunması üzrə danışıqları dondurub

Laman Asadli

Bakı. AzerPress:

HƏMAS qruplaşmanın rəhbər şəxslərindən biri olan Saleh əl-Ərurinin Beyrut yaxınlığında öldürülməsindən sonra İsraillə Qəzzada saxlanılan girovların azad olunması üzrə danışıqları dondurub.

AzerPress xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, HƏMAS İsrailin pilotsuz uçuş aparatlarının Dahiyaya hücumu nəticəsində əl-Ərurinin öldüyünü rəsmi olaraq təsdiqləyib. Əl-Əruri ilə birlikdə HƏMAS-ın “İzzəddin əl-Qəssamın briqadaları” döyüş qolunun iki komandiri həlak olub.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice