Əsas səhifə » HƏMAS-ı heç vaxt terror təşkilatı kimi qəbul etməyəcəm – Ərdoğan

HƏMAS-ı heç vaxt terror təşkilatı kimi qəbul etməyəcəm – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Kim nə deyirsə, desin, Həması heç vaxt terror təşkilatı kimi qəbul etməyəcəm.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Amerikaya ilk səfərimdə oradakı Yəhudi İcması ilə görüşüm oldu. 20 il əvvəl orada Həmas haqqında məndən soruşdular. Mən də dedim ki, “Həmas terror təşkilatı deyil. Onlar sadəcə olaraq 1947-ci ildən bu günə qədər əlində saxlaya bildikləri bir ovuc torpaqlarda mübarizəni davam etdirən insanlardır”. Mən indi də eyni yerdəyəm. Kim nə deyir desin, mən heç vaxt HƏMAS-ı terror təşkilatı kimi qəbul edə bilmərəm. Qərb, xüsusilə də Amerika həmişə HƏMAS-ı belə bir mövqe ilə təsvir edib və təsvir etməkdə də davam edir”,- deyə Ərdoğan bildirib.

banner

Ərdoğan vurğulayıb ki, Netanyahu davamlı olaraq öz soyqırımlarına dini ritorika ilə haqq qazandırmağa çalışır, amma onların heç bir dini əsası yoxdur. Bunlar işğalçılardır, zalımdırlar. Burada böyük terror hadisəsi baş verir. Bu dövlət terrorudur. Biz bu dövlət terroru qarşısında səssiz qala bilmərik.

“Beynəlxalq Cinayət Məhkəməsinin bu soyqırımı cəzalandırması üçün əlimizdən gələni edəcəyik. Bu gün İspaniya kimi bəzi cəsur ölkələr istisna olmaqla, Qərb dövlətləri Fələstinə borcludurlar. Zülmə qarşı çıxmaq məsuliyyətini yerinə yetirmirlər. Biz tarixdə heç vaxt qəddar olmamışıq və zülmə razı olmamışıq. Netanyahu rəhbərliyinin Qəzzada həyata keçirdiyi qətliam tarixə qara ləkə kimi düşdü. Bu ləkə təkcə Netanyahu administrasiyasında deyil, onu qeyd-şərtsiz dəstəkləyən ölkələrdə də var. Dünya bu dövlətlərin və beynəlxalq təşkilatların biganəliyini heç vaxt unutmayacaq”,- deyə Türkiyə prezidenti əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice