Əsas səhifə » HƏMAS hüquqi hesabat hazırlayır

HƏMAS hüquqi hesabat hazırlayır

Yamin Savalanli

Bakı,VOA

Həmas Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanın 20 mayda üç HƏMAS liderinə qarşı “həbs orderi” müraciətinə cavab olaraq hüquqi hesabat hazırladığını açıqlayıb.

VOA xəbər verir ki, Xanın müraciətində Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, Qəzzadakı Həmas lideri Yəhya Sinvar və HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd əl-Dayf da olmaqla üç şəxsin həbs olunması nəzərdə tutulur.

Həmas tərəfindən verilən açıqlamada, rəhbər şəxslərə qarşı irəli sürülən “əsassız” ittihamlara cavab vermək üçün geniş hüquqi hesabat hazırlandığı bildirilib. “Xanın ifadəsi xəta və səhvlərlə dolu idi. O Qəzzada xalqımıza qarşı soyqırım törədən İsrail dövlətinin, eləcə də İordan çayının qərb sahilində və Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərlərinin və israillilərin tərəfini tutur” -deyə açıqlamada deyyilir.

banner

“Xan ilk addımını 7 oktyabr hücumlarında həlak olan israillilərə və onların ailələrinə başsağlığı verməklə atdı. Onları qəsəbələrdə ziyarət edib dinlədi. Amma hələ də soyqırıma, blokada və aclığa məruz qalan xalqımıza zərrə qədər də olsun empatiya göstərmədi. Qəzzaya edilən hücumlarda ölən və yaralananların sayı 120 mini keçdi. Bundan başqa, Qəzzadakı binaların 70%-dən çoxu dağıdılıb. Xüsusilə səhiyyə və təhsil sektoru hədəf alındı.”-deyə açıqlamada bildirilir.

Həmas tərəfindən verilən açıqlama Xanın iddialarının doğru olmadığını əsaslandırmağa çalışır: “Cənab Baş prokurora xatırlatmaq istərdik ki, İsrail 2006-cı ildən Qəzza zolağında ölümcül mühasirəni davam etdirir və həmçinin son illərdə Qəzzada xalqımıza qarşı 4 dağıdıcı müharibəyə başlayıb. Məhz buna görə BMT-nın Baş Katibi (Antonio Quterres) 7 oktyabr hadisələrinin birdən-birə baş vermədiyini söyləmişdi. Xan 7 oktyabr hadisələri ilə bağlı məlumatı peşəkarlıq və etibardan məhrum, çaşdırıcı İsrail mediasından almışdır. Xan İsrailin sistematik cinsi təcavüz planı ilə bağlı iddialarına inandı, lakin İsrail bununla bağlı bir dənə də olsun dəlil təqdim edə bilmədi. Xanın bu ittihamları hərəkatın liderlərinə aid etməsi dəhşətvericidir.”

Digər Kateqoriyalar

2023 © AzerVoice