Əsas səhifə » Heç kim erməniləri Azərbaycanı tərk etməyə məcbur etməyib – Ceyhun Bayramov

Heç kim erməniləri Azərbaycanı tərk etməyə məcbur etməyib – Ceyhun Bayramov

Tasnim İsmixan

Bakı. AzerPress:

Heç kim erməniləri Azərbaycanı tərk etməyə məcbur etməyib.

AzerPress xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclasında deyib.

“Azərbaycan ardıcıl olaraq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları ilə bərabər hüquqlu olaraq qalmağa və inteqrasiya etməyə çağırıb”, – deyə o bildirib.

banner

Nazirin sözlərinə görə, Azərbaycan hökuməti Qarabağın yerli sakinlərinin humanitar və sosial-iqtisadi ehtiyaclarını ödəmək üçün onların gələcək Azərbaycan vətəndaşlığı əsasında inteqrasiyası üçün kompleks plan elan edərək səy göstərib ki, bu da sırf Azərbaycanın daxili işidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice