Əsas səhifə » Hakan Fidan Qətərin XİN rəhbəri ilə telefon danışığı aparıb

Hakan Fidan Qətərin XİN rəhbəri ilə telefon danışığı aparıb

admin

Bakı. AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefonla danışıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Görüş zamanı, Qəzzadakı son hadisələr müzakirə edilib.

banner

Qeyd edək ki, danışıqlar çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı – Ərəb Liqasının şənbə günü, noyabrın 11-də Ər-Riyadda keçirilən Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice