Əsas səhifə » Hakan Fidan Kanadaya rəsmi səfər edəcək – Ərdoğan

Hakan Fidan Kanadaya rəsmi səfər edəcək – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Kanadaya rəsmi səfər edəcək.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“Xarici İşlər nazirimiz Hakan Fidan, yeddi nəfərlik əlaqə qrupu ilə ABŞ-dan sonra Kanadaya rəsmi səfər edəcək. Səfər zamanı Qəzza ilə bağlı danışıqlar aparılacaq”,- deyə Ərdoğan bildirib.

banner

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Qəzza ilə bağlı danışıqlar aparmaq üçün bu gün ABŞ-a rəsmi səfər edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice