Əsas səhifə » Hakan Fidan BƏƏ XİN rəhbəri ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə layihəsini dəyərləndirib

Hakan Fidan BƏƏ XİN rəhbəri ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə layihəsini dəyərləndirib

Tasnim İsmixan

Bakı. AzerPress:

Türkiyə xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə layihəsini dəyərləndirilib.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Görüşdə Qəzzada mövcud vəziyyət və humanitar yardımlarla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə layihəsi dəyərləndirilib.

banner

Fidan humanitar yardım tədbirlərinin ən səmərəli şəkildə həyata keçirilməsi üçün maksimum səy göstərməyin vacibliyini vurğulayıb.
Digər tərəfdən atəşkəs məqsədindən yayınmamaq lazım olduğuna, son məqsədin bölgədə daimi sülhün təmin edilməsi və Fələstin dövlətinin qurulması olduğuna diqqət çəkib.

Qeyd edək ki, görüş zamanı İƏT və Ərəb Liqası Təmas Qrupunun qarşıdakı dövrdəki fəaliyyəti də müzakirə olunub.
Qəzzadakı humanitar faciənin beynəlxalq ictimaiyyətin gündəmində saxlanması üçün birgə səylərin davam etdirilməsi razılaşdırılıb.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice