68
Bakı. AzerPress:
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edəcək.
AzerPress-in məlumatına görə, Haka Fidanın ABŞ-a səfərinin dəqiq tarixi məlum deyil.
Səfər çərçivəsində, Türkiyə XİN rəhbəri, Qəzzada dərhal atəşkəsin yaradılması və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Əlcəzairə rəsmi səfər edib.
Məlumat üçün bildirək ki, Türkiyə XİN rəhbəri, 22 noyabr tarixində Fransa və İngiltərəyə rəsmi səfər edəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun