Əsas səhifə » “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib

Tasnim İsmixan

Bakı. AzerPress:

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

AzerPress xəbər verir ki, qanuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” dəyişiklik edilib.

Dəyişikliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 15.3-cü maddə əlavə edilsin:

banner

“15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 2. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Digər Kateqoriyalar

2023 © AzerVoice